Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı dünən axşamdan indiyədək 63 nəfər artıb

ozbkistanda-covid-19-koronavirusuna-yoluxanlarin-sayi-dunn-axsamdan-indiydk-63-nfr-artib-13042002

Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı dünən axşamdan indiyədək 63 nəfər artıb

Aprelin 12-də axşam saatlarından 13-ü saat 10.00 -a olan məlumata görə Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların sayı 63 nəfər artıb və 896-ya çatıb.

Frame.az Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ölkədə bu virusdan tam sağalanların sayı 66-dır, dörd xəstə ölüb.

Bildirilir ki, xəstəliyə yeni yoluxanlar da karantində olanların hesabına artıb.

Xatırladırıq ki, hazırda Özbəkistanda stasionar və ev şəraitində karantində təxminən 90 min nəfər var.

Hibya Xəbər Agentliyi