“Qala Həyat” bu ilin birinci rübünü uğurla başa vurub

qala-hyat-bu-ilin-birinci-rubunu-ugurla-basa-vurub-23042007

“Qala Həyat” bu ilin birinci rübünü uğurla başa vurub

Azərbaycanın həyat sığortası bazarında aktivliyi ilə seçilən “Qala Həyat” sığorta şirkəti cari ilin I rübünün yekunları ilə bağlı əsas maliyyə göstəricilərini açıqlayıb.

Şirkət cari ilin I rübündə mövqeyini daha da gücləndirərək peşəkar satış komandasının fəaliyyəti nəticəsində korporativ və fərdi müştərilərdən ümumilikdə 2 629 713 manat həcmində sığorta yığımı əldə etmişdir ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 55 739 manat və ya 2,2% çoxdur.

Hesabat dövründə şirkətin müştərilərinə ödədiyi sığorta ödənişlərinin həcmində də artım qeydə alınmışdır. Belə ki, cari ilin ilk üç ayında müxtəlif sığorta hadisələri üzrə “Qala Həyat” tərəfindən müştərilərə 1 450 265 manat həcmində sığorta ödənişi həyata keçirilmişdir. 2019-cu ilin I rübündə isə bu rəqəm 637 833 manat təşkil etmişdir. Cari ilin birinci rübünə olan göstərici ilə müqayisədə ödənişlərin həcmi 812 432 manat və ya təxminən 2,3 dəfə çox olmuşdur. Bu göstərici tamamilə “Qala Həyat”ın Yaşam Sığortası   Qala Həyat tərəfindən verilən sığorta ödənişləri müvafiq qanunvericiliyə uyğun olaraq vaxtında və opertaiv qaydada həyata keçirilmişdir.  

Qeyd edək ki, hesabat dövründə şirkət tərəfindən yeni məhsulların hazırlanması və bazara təqdim edilməsi istiqamətində görülən işlər yüksək səviyyədə həyata keçirilmişdir. Mövcud vəziyyəti nəzərə alaraq, şirkətin məhsulyaratma qrupu tərəfindən bazara sərfəli şərtlərlə “Təminatlı gələcək” adlı yeni məhsul da təqdim edilmişdir. “Qala Həyat” yeni məhsullar təqdim edərək həyat sığortası bazarını canlandırmaqla yanaşı, bu sektorun inkişafına öz töhfəsini verməkdə davam edəcək.  

Azərbaycanın ən etibarlı həyat sığortaçısı olan “Qala Həyat” 2010-cu ildən fəaliyyət göstərir. Şirkət müştərilərə qanunvericliklə nəzərdə tutulmuş həyat sığortası bütün növləri üzrə, o cümlədən “İpoteka krediti üzrə borcalanın həyat sığortası”, “Kapital proqramı üzrə həyat sığortası”, “Bədbəxt hadisələrdən sığorta”, “Həyatın sağalmaz xəstəliklərdən sığortası”, “Uşaqların xeyrinə yığım sığortası” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə, əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” sı üzrə xidmətlər göstərir.

Hibya Xəbər Agentliyi