Türkiyədə komendant saatını pozan 18 min 770 nəfərə cəza tətbiq olunub

turkiyd-komendant-saatini-pozan-18-min-770-nfr-cza-ttbiq-olunub-12042003

Türkiyədə komendant saatını pozan 18 min 770 nəfərə cəza tətbiq olunub

Türkiyədə aprelin 11-də gecə saat 00.00-dan etibarən qüvvəyə minən iki günlük komendant saatını pozan 18 min 770 nəfərə hüquqi və inzibati cəza tətbiq olunub.

Hibya xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

COVID-19-a qarşı qabaqlayıcı tədbirlər çərçivəsində elan edilən komendant saatı bu gün saat 24.00-da bitəcək.

Xatırladaq ki, iki günlük evdən çıxmaq qadağası Ankara, İstanbul, İzmir və digər mərkəzi şəhərlər daxil olmaqla, ölkənin 31 vilayətini əhatə edir.

Hibya Xəbər Agentliyi