İranda koronavirusa yoluxma və ölüm halları artıb

iranda-koronavirusa-yoluxma-v-olum-hallari-artib-11042003

İranda koronavirusa yoluxma və ölüm halları artıb

Son 24 saat ərzində İranda virusa yoluxan 125 nəfər həyatını itirib.

Frame.az xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur verib. O bildirib ki, bununla da İranda ümumilikdə ölənlərin sayı 4 min 357, yoluxanların sayı isə 70 min 29 nəfərə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 41 min 947 nəfər sağalaraq evə buraxılıb. İranda insanların təkrar virusa yoluxması müşahidə edilməyib.

Hibya Xəbər Agentliyi