Son sutkada Pakistanda koronavirusdan 78 xəstə vəfat edib

son-sutkada-pakistanda-koronavirusdan-78-xst-vfat-edib-03072004

Son sutkada Pakistanda koronavirusdan 78 xəstə vəfat edib

Son 24 saatda Pakistanda COVID-19 virusundan 78 xəstə vəfat edib və ölənlərin sayı 4 min 473 nəfər olub.

Xbr.az Pakistan mətbuatına istinadla xəbər verir ki, son sutkada virusa 4 min 339 adam yoluxub, belə pasiyentlərin sayı 217 min 809 nəfərə çatıb. Habelə 3 min 892 nəfər sağalaraq evə buraxılıb və sağalanların ümumi sayı 104 min 694 nəfərdir. Ölkənin xəstəxanalarında 108 min 642 nəfər müalicə alır, 2 min 773 xəstənin vəziyyəti ağırdır.

Hibya Xəbər Agentliyi