Latviya Seymi COVID-19-la bağlı yeni qanun layihəsi qəbul edib

latviya-seymi-covid-19-la-bagli-yeni-qanun-layihsi-qbul-edib-07062001

Latviya Seymi COVID-19-la bağlı yeni qanun layihəsi qəbul edib

Latviya Seymi COVID-19 infeksiyasının yayılmasına qarşı mübarizə barədə qanun layihəsini son oxunuşda qəbul edib.

Qanun layihəsi ölkədə fövqəladə vəziyyət başa çatdıqdan sonra xəstəliyin yayılma məhdudiyyəti prosedurunu müəyyən edir.

Deputatlar infeksiyasının yayılması ilə əlaqədar, epidemioloji təhlükənin olduğu müddətdə, bu qanunun qüvvədə qalacağı barədə razılığa gəliblər. Ölkənin Nazirlər Kabineti ən azı üç ayda bir Seymə infeksiya ilə əlaqədar epidemioloji təhlükəsizlik barədə hesabat təqdim etməlidir.

Ölkədə martın 13-də elan edilmiş fövqəladə vəziyyətin iyunun 9-da ləğvi gözlənilir. Bu qanun hökumətə fövqəladə vəziyyət başa çatdıqdan sonra COVID - 19-un təsirini azaltmaq məsələsində daha çevik davranmasına imkan verəcək.

Qanun təşkilatçıların ictimai tədbirlər, mitinqlər, yürüşlər və piketlərdə epidemioloji təhlükəsizlik və ehtiyat tədbirlərinin hansı səviyyədə təşkil olacağını nəzərdə tutur.

Hibya Xəbər Agentliyi